Azərbaycanda görünməmiş oğurluq – Kəndin körpüsünü söküb apardılar

Azərbaycanda görünməmiş oğurluq – Kəndin körpüsünü söküb apardılar

DOSYE.ORG xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən lent.az-a bildirilib.

Məlumata görə, fevralın 20-də Göygöl rayonunun Çaylı kəndi ərazisində çayın üzərində quraşdırılan kənd sakinlərinə məxsus dəmir körpünün sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Babayev, Şəmkir rayon sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov, X.Əliyev və İ.Kamalzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

COMMENTS