“Azərbaycanda oynamaq mənə çətin idi”

“Azərbaycanda oynamaq mənə çətin idi”

“Azərbaycan karyeram mənim üçün bir təcrübə idi.

“Bakı”da “Atletiko”nun B komandasında məşqçim olmuş Milinko Pantiçin rəhbərliyi altında oynayırdım. “Atletiko”nun azərbaycanlı sponsoru ilə razılığa gəldim. Pantiç çox israr etdikdən sonra məni inandırdı”.

Qol.az xəbər verir ki, bu sözləri “Bakı”nın sabiq futbolçusu Alberto Noquera İspaniyanın “Eldiario” nəşrinə müsahibəsində deyib.

Hazırda İspaniyanın “Rasinq” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi ölkəmizdə oynamağın çətin olduğunu bildirib: “Azərbaycana getməklə bağlı qərar verərkən uğur qazanıb-qazanmayacağımı deyə bilməzdim. Oranın futbolu İspaniyadan tamamilə fərqlənir. Mənə asan deyildi. Ölkədə müsəlman mədəniyyəti var. Demək olar ki, hər şey fərqlidir. Buna görə də mənim üçün uyğunlaşmaq çətin idi”.

Qeyd edək ki, ispaniyalı futbolçu “Bakı”da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə “Atletiko”da oynayıb.

Dosye.org

COMMENTS