Azərbaycandan Rusiyaya gedənlərin sayı azalıb

2015-ci ilin ilk dörd ayı ərzində ötən ayla müqayisədə Rusiyaya 10 faiz – 178,8 min daha şox xarici vətəndaş gəlib.

Bu barədə azvision.az Rusiya KİV-ə istinadən xəbər verir.

Bu xarici vətəndaşlardan təxminən 162,6 mini MDB ölkələrindəndir. Müvafiq dövr ərzində ən çox miqrant Ermənistan (6435) və Moldovadan (4618) gəlib.

Rusiya Statistika İdarəsinin yaydığı məlumata görə, ötən illə müqayisədə Azərbaycandan gələn miqrantların sayı 2,5 min, Belarusdan – 1,7 min, Qazaxıstandan – 11,4 min, Qırğızıstandan 1,6 min, Türkmənistandan isə 704 nəfər azalıb

COMMENTS