Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək – SƏRƏNCAM

Azərbaycanın Əfqanıstanda səfirliyi təsis ediləcək – SƏRƏNCAM

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək. 

Prezident İlham Əliyev bu barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə  Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

COMMENTS