Azərbaycanlı cazibədar aparıcı ABŞ-da evləndi

Teleaparıcı Günel Hümbətova ailə həyatı qurub.

Aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb, fotolar paylaşaraq sevincini dostlarıyla bölüşüb:

“Yeni ilin ilk günü gözümü artıq ailəli biri kimi açdım. Əsas keçirdiyim hisslərdi- xoşbəxtəm. Ailə qurmağa heç vaxt tələsməmişəm, hətta çox gec ailə quracağımı deyirdim. Amma qismət, qismətə bu dəfə çox inandım. Rəsmi olaraq dünya evinə sadə, elə sözün açığı həmişə arzuladığım kimi , arzuladığım yerdə daxil oldum. Dostluğumda olan qızlara evlənməyi, ərə getməyi yox, ailə qurmağı arzu edirəm. Mən efirlə çoxdan vidalaşmışam. Efirləri uzaqdan ailəmlə birlikdə izləmək daha maraqlı olacaq”.

Qeyd edək ki, toy dekabrın 31-i ABŞ-da baş tutub. Günelin həyat yoldaşının adı Firuz Soliyevdir. (qafqazinfo.az)

COMMENTS