Azərbaycanlı futbolçunun yaddaşı itib

Azərbaycanlı futbolçunun yaddaşı itib

Topaz Premyer Liqasının XXXIV turunda AZAL-la oyun zamanı “Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilovun yaddaşı itib.

Klubdan “Report”a verilən məlumata görə, matçın 89-cu dəqiqəsində zədələnən müdafiəçi özünü yaxşı hiss etməyib.

Nəticədə o, Mahsun Qənbərli ilə əvəzlənib. 29 yaşlı futbolçunun yaddaşı 4 saatdan sonra bərpa olunub. Klubun tibbi heyətinin yardımından sonra Cəlilov əvvəlki vəziyyətinə qayıdıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” – AZAL qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

COMMENTS