Azərbaycanlı jurnalisti telekanaldan qovuldu

Azərbaycanlı jurnalisti telekanaldan qovuldu

“Xəzər” TV-nin jurnalisti, sosial mövzularda hazırladığı süjetlərlə tanınan Zümrüd Dəmirova işdən çıxarılıb.

 

Azvision.az-ın əldə etdiyi məlumata görə, artıq jurnalistin işdən çıxarılması ilə bağlı əmr verilib.

Bildirilir ki, jurnalistin televiziyadan qovulmasına səbəb telekanalın rəhbəri Hüseyn Dinləməzlə aralarında olan gərginlikdir.

Müxbir Zümrüd Dəmirova H.Dinləməzdən telekanalın təsisçisi Asəf Hacıyevə şikayət edib. Bundan sonra isə aparıcını iş vaxtı otaqdan çıxarıblar və işdən çıxarılması ilə bağlı əmrini veriblər.

Qeyd edək ki, Z.Dəmirova uzun illərdir ki, “Xəzər” TV-də çalışıb. Ondan öncə isə İctimai Televiziyada və ATV-də işləyib.

COMMENTS