“Azəriqaz”ın rayon şöbələrində ixtisarlar başlayır

Dövlət Neft Şirkətinin “Azərqaz” İstehsalat Birliyinin regional idarələrində ixtisarlara başlanılıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, regional idarələrin yaranması ilə baglı bütün iscilərə iki ay vaxt verilmişdi: “İndi isə Yardımlı və Göyçayda ixtisarlara başlanıb. İşçilərə bildiriblər ki, onlar öz ərizələri ilə işdən çıxacaqları təqdirdə kompensasiya ala biləcəklər. Onlar iki aylıq əməkhaqqı almaqla müqaviləyə xitam veriliə bilər. Təşkilatımıza hər gün “Azəriqaz”dan şikayətlər daxil olur. İşçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada rəsmi xəbərdarlıq verilib. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Amma işilər bilməlidirlər ki, bir ay üçün orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığınız gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilməlidir. Xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”.

Vəkil ARDNŞ-in “Neftqaztikintitresti”ində də ixtisarlar aparıldığını qeyd etdi. İlkin mərhələdə hər iki müəssisədən 100-dən çox işçi çıxarılacaq.

COMMENTS