“Azərişıq” da koronavirusa qarşı tədbirlərə başladı

“Azərişıq” da koronavirusa qarşı tədbirlərə başladı

“Azərişıq” ASC koronavirus təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlərə başlayıb.

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində martın 10-da “Azərişıq” ASC-nin inzibati binasında,cəmiyyətin region və rayon elektrik şəbəkələrində,Tədris mərkəzlərində, Nəqliyyat və Texniki-Təminat İdarəsinin inzibati binasında,199 saylı cağrı mərkəzinin inzibati binasında dezinfeksiya işləri həyata keşirilib və mütəmadi davam etdirilir”, – deyə mətbuat katibi bildirib.

DOSYE.ORG

COMMENTS