“Azərsu”da yeyilən milyonlar

Qorxmaz Hüseynov 1 aqreqatı 2-3 saat söndürəndə 10.000 manat qazanır

 

Neçə illərdir ki, Azərbaycanda bir “Azərsu” mifi dolaşır. Əslində 15-20 il əvvəl bu qurum bu qədər diqqət mərkəzində deyildi, adi bir müəssisə idi. Hətta dilimizdə ucuzluğu göstərmək üçün “su qiymətinə” kimi bir ifadə var. Yəni adamlar düşünə bilər ki, bu qurumun satdığı adi ucuz sudursa, hansı mifdən söhbət gedə bilər..?

 

Amma gerçəkdə belə deyil. Bu gün dünyada suyun qiyməti ceyran belinə qalxıb və su öz əhəmiyyətinə və qiymətinə görə az qala neftlə rəqabətə girib. Yəni AZƏRSU hər mənada heç də SOCAR-dan geri qalmır. Digər bir faktı da qeyd etmək yerinə düşər. Ölkənin təxminən ikinci rəsmi şəxsi, Milli Məclisin sədri hörmətli Oqtay Əsədov “Azərsu”nun keçmiş sədridir. Bu elə-belə məsələ deyil, suya, daha doğrusu suyun əhəmiyyətinə olan hörmətdir.

 

Sözün qısası, “Azərsu” mifi boş yerdə yaranmayıb. Bu mifin arxasında çox gizli bir şəbəkə, milyardlarla vəsait, qapalı sövdələşmələr dayanır. Biz bu istiqamətdə araşdırmalar aparmaq, bu mifi yaxşı mənada dağıtmaq və “Azərsu”nu cəmiyyət üçün şəffaf göstəmək fikrindəyik. Bunun üçün silsilə yazılar dərc etməyi planlaşdırmışıq.
İlk öncə onu bildirək ki, su istehlakçıya çatana qədər 3 mərhəllədən keçir: palçıq-gildən təmizlənmə, xlorlama və zeyləmə.

 

Bu 3 mərhələyə milyonlarla vəsait sərf olunur. Biz bu mərhələlərdəki maxinasiyaları növbəti yazılarda araşdıracağıq. İndi isə təmiz (guya) suyu hövzələrdən-su anbarlarından istehlakçılara normal çatdırmaq üçün istifadə olunan AQREQAT-lar məsələsinə toxunmaq istəyirik.

 

Heç kimə sirr deyil ki, ən azı Bakı sakinləri həmişə suyun normal gəlməməsindən şikayətlənirlər, hətta loru dildə “suyun davlenisi” aşağı düşüb deyirlər. Adi insanlar başa düşmür ki, “suyun davlenisi”ni aşağı salan “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. Bəli, Qorxmaz Hüseynovun birbaşa göstərişi ilə 1 AQREQAT 2-3 saat dayanan kimi ciblərə 10.000 manat pul gəlir.

 

Təsəvvür edirsiniz 10 aqreqatı 2-3 saat saxlayan kimi Qoxrmazın cibinə 100 min manat pul gəlir. Camaat isə suyun az, yaxud fasilələrlə gəlməsindən əziyyət çəkir. Beləcə aqreqatı söndürməkə qənaət olunan elektrik enerjisini “Azərnerji”dən gələnlər “silərək” dədə-malı kimi bölürlər.

 

(qafqaznews.az)

COMMENTS