Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının təcili toplantısı keçirilib

Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının təcili toplantısı keçirilib

Azərbaycan Azad Respublikaçılar Partiyasının Mətbuat prospektində yerləşən mərkəzi qərargahında partiyanın növbədənkənar parlament seçkilərində iştirakı  ilə bağlı seçki qərargahının təcili toplantısı keçirilib. İclasda partiya üzvlərinin dairələr üzrə namizədlikləri, digər iqtidaryönümlü siyasi partiyalarla münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunub.

AARP seçki qərargahının sədri Tərahim Abbasov çıxışında partiyanın Milli Məclis üzvlüyünə namizədlərinin əvvəldən nəzərdə tutulmuş seçki dairələrindən irəli sürülməsi məsələsində bəzi dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edib. Qərargah sədrinin təklifi qərargah üzvləri tərəfindən dəstəklənib.

AARP sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidovun əvvəlcədən mətbuatda elan olunmuş 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deyil, 62 saylı Saatlı seçki dairəsindən namizədliyinin irəli sürülməsi qərara alınıb.

Qərargah sədri Tərahim Abbasov bunu Kamil Seyidovun Saatlı rayonunda doğulması, ilk əmək fəaliyyətinə burada başlaması, əvvəllər də bu seçki dairəsindən namizədliyini irəli sürməsi və rayon əhalisi arasında yüksək nüfuz  sahibi olması ilə əlaqələndirib.

Qeyd edək ki, K.Seyidov Saatlıda müəllim kimi əmək fəaliyyətinə başlasa da, az sonra dövlət orqnlarına məsul vəzifələrə irəli çəkilmişdir. Yerli əhali onu xeyirxah, nəcib bir ziyalı kimi dəyərləndirir.

DOSYE.ORG

COMMENTS