“Azadlıq”ın baş redaktor əvəzi də istintaqa çağırıldı

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində “Azadlıq” qəzetinin baş redaktorunun I müavini Rahim Hacıyevin ifadə verməsi başa çatıb.

Sentyabrın 9-da “Azadlıq” qəzetinin baş redaktorunun I müavini (baş redaktor əvəzi) Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırlıb. Bu barədə Rahim Hacıyevin özü məlumat verib. O deyib ki, müstəntiq zəng edərək  bu gün saat 12-də idarədə olmasını istəyib. Rahim Hacıyev idarəyə şahid qismində dəvət edildiyini bildirib.

COMMENTS