“Azərbaycan Avrasiya İttifaqına girə bilər”

“Azərbaycan Avrasiya İttifaqına girə bilər”

“Azərbaycan Avrasiya İttifaqına girə bilər”

Rusiyalı nazir: “Biz Bakıda bu haqda da danışdıq və bu məsələ hazırda müzakirə mövzusu olaraq qalır”

“Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq məsələsini nəzərdən keçirə bilər”. Bunu bu gün Bakıda Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

Nazir qeyd edib ki, Aİİ ciddi iqtisadi üstünlüklər vəd edən qurumdur: “Əlbəttə, burada iqtisadi məsələlərlə yanaşı bəzi siyasi məsələlər də var. Amma məncə, həlli mümkün olmayan problemlər yoxdur”.

Nazirin sözlərinə görə, digər inteqrasiya qurumları kimi Aİİ də iştirak üçün açıqdır: “Biz Bakıda bu haqda da danışdıq və bu məsələ hazırda müzakirə mövzusu olaraq qalır. Məncə, Azərbaycanın bu sazişlərdə iştirakı məntiqli və düzgün addım olardı. Azərbaycan MDB-nin azad ticarət zonasından istifadə edir. Bir qədər də irəli getmək lazımdır. Aİİ təkcə məhsullar üçün azad bazar deyil, həm də xidmətlər, investisiyalar və işçi qüvvəsi üçün azad bazardır. Bu bazar biznesin və əməyin müdafiə olunması deməkdir”.

Aleksey Ulyukayev deyib ki, Rusiya Azərbaycanın regional əməkdaşlıq etdiyi yeganə tərəfdaşıdır: “Bu əməkdaşlığa nümunə olaraq iyunun 20-də Rusiyanın regionlarının iştirakı ilə Qəbələdə keçiriləcək biznes-forumu göstərmək olar” (Virtualaz.org).

COMMENTS