AZAL-da yoxlamalar başa çatdı

AZAL-da yoxlamalar başa çatdı

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) aparılan yoxlamalar başa çatıb.

DOSYE.ORG xəbər verir ki, bu barədə APA-ya Hesablama Palatasından məlumat verilib.

“Azərbaycan Hava Yolları” QSC-də həyata keçirilən nəzarət tədbiri ilə əlaqədar bildiririk ki, hazırda “Hesablama Palatası haqqında” qanuna əsasən, müvafiq tədbirə dair audit qrupu tərəfindən auditə dair hesabat tərtib edilməkdədir. Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq tənzimlənir”, – məlumatda qeyd olunub.

COMMENTS