“Aztelekom” MMC-dən oğurluq olub

“Aztelekom” MMC-dən oğurluq olub.

“Report” xəbər verir ki, bi barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
 
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan 26-dək olan müddətdə Novxanı qəsəbəsində “Aztelekom” MMC-yə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 126 metrlik hissəsini, paylayıcı kabelin 90 metrlik hissəsini və Corat qəsəbəsində paylayıcı kabelin 50 metrlik hissəsini kəsərək oğurlayan Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunan İlham Atayev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

COMMENTS