Bəhreyn İran diplomatlarını ölkədən qovdu

Bəhreyn Səudiyyə Ərəbistanından sonra İranla diplomatik əlaqələri kəsdiyini elan edib və iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat verib.

Avropa.info xəbər verir ki, bu Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra baş verir.

Şiə ruhanisinin edamıyla əlaqədar yaranmış qalmaqaldan sonra ötən gün Səudiyyə Ərəbistanı iranlı diplomatlara ölkəni tərk etmək üçün iki gün verdiyi açıqlayıb.

Səudiyyə Ərəbistanı və İran, regionun müvafiq olaraq əsas sünni və şiə gücləridir və həm Suriyada, həm də Yəməndə əks tərəfləri dəstəkləyirlər.

Nimrin edamından sonra regionda məhzəb qarşıdurmasının yaranacağı barədə qorxu var.

Nimr yanvarın 2-də terror ittihamı ilə edam olunub.

Bazar ertəsi İraqda iki sünni məscidi bombalanıb və bir imam öldürülüb (BBC).

COMMENTS