Bərdədə 4 nəfəri bıçaqlayan şəxslər saxlanılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

S.Əjdərzadə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, müəllim yoldaşlarından pul alıb: “Onlardan pul almışam. Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam”.

Məhkəmədə elan olunub ki, S.Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

Dosye.org

COMMENTS