Bakının mərkəzində adam güllələndi

Bakının Səbail rayonu ərazisində odlu silahla törədilən qanlı hadisə baş verib.

AzNews.az hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avqustun 15-də saat 03:00-də Bayıl qəsəbəsində güllələnmə hadisəsi baş verib.

1983-cü il təvəllüdlü Samir Fazil oğlu Mehbalıyev kürək nahiyyəsindən aldığı atəş nəticəsində ağır yaralanıb.

S. Mehdiyev təcili olaraq Kliniki Tibbi Mərkəzin (KTM) cərrahiyyə şöbəsinə yerləşdirilib.

Həkimlərin səyi nəticəsində xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olub.

KTM cərrahiyyə şöbəsindən isə bildirilib ki, hazırda xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir: “Güllə hələ də Samir Mehbalıyevin kürək nahiyyəsindən çıxarılmayıb və yaxın saatlarda əməliyyat olunacaq”.

14:01

Bakının Səbail rayonu ərazisində odlu silahla törədildiyi bildirilən hadisənin təfərrüatları bəlli olub. Səbail rayon Prokurorluğundan verilən məlumata görə, 1983-cü il təvəllüdlü Samir Fazil oğlu Mehbalıyev avqustun 15-də saat 02:40-da Bakının Səbail rayonu, Salyan şosesi, “Faiq” kafesinin yanından velosipedlə keçərkən naməlum şəraitdə pinevmatik tapança ilə kürək nahiyyəsindən güllə yarası alıb. O kürəyindən qan gəldiyini görərək, dərhal əmisinə zəng vurub. Xəsarət alan Samir Mehbalıyev Kliniki Tibbi Mərkəzin (KTM) cərrahiyyə şöbəsinə yerləşdirilib. Hələ ki əməliyyat olunmayıb.

Onun əməliyyat olunmamasının səbəb isə bədəninin bel nahiyyəsindən aldığı xəsarətlə bağlı rentgenin cavabının alınmasıdır. Həkimklər analiz cavabları çıxdıqdan sonra əməliyyat edib və yaxud etməyəcəkləri ilə bağlı qərar verəcəklər.
Prokurorluqdan o da bildirilib ki, Samir Fazil oğlu Mehbalıyev sözü gedən ərazidə yerləşən “Gümüş” kafesində ofisant işləyirmiş. Hadisə gecə işdən qayıdarkən baş verib. 

COMMENTS