Bakı 2015-in qalibi yatıb qaldı

Ukrayna millisinin üzgüçüsünün yarışa gəlməməsinin səbəbi məlum olub.

Bakı 2015 ötən gün rəsmi şəkildə başa çatsa da oyunlarla bağlı maraqlı və kuryoz faktlar maraq doğurur. Bunlardan biri də ukraynalı idmançı ilə bağlıdır.

I Avropa Oyunları çərçivəsində iyunun 27-də keçirilən üzgülçülük üzrə 100 metr qarışıq ötmə yarışlarında maraqlı hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, ukraynalı idmançı Andrey Xlopçov yarışda iştirak etməyib. Buna səbəb isə Xlopçovun səhər yatıb qalması olub. İdmançının digər ukraynalı üzgüçü ilə əvəz etmək mümkün olmayıb və nəticədə Ukrayna bu növdə təmsil olunmayıb.

Andrey Xlopçov Avropa Oyunlarında üzgüçülük üzrə 50 metr batterflay yarışlarında (kəpənək formasında üzgüçülük forması) qızıl, 50 metr arxa üstə yarışlarında isə bürünc medal qazanıb.

COMMENTS