Bakı-2015: Zədəli olan idmançımız qalib gəldi

Bu gün Bakıda Birinci Avropa Oyunları çərçivəsində güləş, avarçəkmə, idman gimnastikası, karate, sinxron üzgüçülük, stolüstü tenis, su polosu, sriatlon və voleybol üzrə yarışlar olacaq.

Axar.az xəbər verir ki, karate üzrə ilk öncə saat 10:00-da Kristal Zalda kişilər və qadınlar arasında Kata seçmə mərhələsi keçiriləcək.

Daha sonra müvafiq olaraq qadınlar arasında 68 kq və kişilər arasında 84 kq çəkidə Kumite seçmə mərhələsi baş tutacaq. Seçmə mərhələnin ardından 3 saatlıq fasilədən sonra kişilər və qadınlar arasında Kata yarımfinal mərhələsi baş tutacaq. Daha sonra qadınlar arasında 68 kq və kişilər arasında 84 kq çəkidə mübarizə aparan idmançılar arasında Kumite üzrə yarımfinal görüşü baş tutacaq.

Daha sonra müvafiq olaraq öncə Kata, sonra Kumite üzrə medal mərhələsi keçirilərəcək. Sonda qaliblərin mükafatlandırma mərasimi baş tutacaq. Mükafatlandırma mərasimində rəsmilərin iştirakı gözlənilir.

Qeyd edək ki, kişilər arasında Kata üzrə seçmə mərhələsinin B qrupunda 84 kq çəkidə azərbaycanlı karateçi Tural Balcanlı yarışacaq. Qadınlar arasında Kata üzrə seçmə mərhələnin B qrupunda ölkəmizi 68 kq çəkidə mübarizə aparacaq Adilə Qurbanova təmsil edəcək. Kumite üzrə müvafiq olaraq ölkəmizi seçmə mərhələnin B qrupunda kişilər arasında 84 kq çəkidə Ayxan Mamayev və seçmə mərhələnin A qrupunda qadınlar arasında 68 kq çəkidə 19 yaşlı İrina Zaretska təmsil edəcək.

Oyunların nəticələrini təqdim edəcəyik. İdmançılara uğurlar arzu edirik.

10:18

İlk görüş həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

10:53

Tural Balcanlı fransalı Dak Mindən də zəif təsir bağışlayıb – 0:5. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

11:21

Qrupda sonuncu yeri tutan Tural Balcanlı növbəti mərhələyə yüksələ bilməyib.

11:30

Adilə Qurbanova da yarışla əvvəl vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki qarşısında aciz qalıb.

11:34

Hazırda Azərbaycan təmsilçisi İrina Zaretska ilə ispan təmsilçi Kristina Vizkaino döyüşür.

11:36

Təmsilçimiz İrina Zaretska ispaniyalı rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəldi 6-1.

11:39

Karate üzrə 68 kq çəkidə Azərbaycan təmsilçisi Aytən Səmədli ilə Xorvatiya təmsilçisi Masa Martinoviç tatami üzərində güclərini sınayır.

11:45

Aytən Səmədli xorvatiyalı idmançıya məğlub oldu.

11:57

Kumite üzrə A qrupunda 68 kq çəkidə Azərbaycan təmsilçisi İrina Zaretska ilə Avstiya təmsilçisi Teresa Buçinqer yarışdı. 1-ci tatamidə yarışan idmançılar arasında qalib avstriyalı xanım karateçi oldu.

12:02

Hazırda qadınlar arasında Kumite üzrə 68 kq dərəcəsində təmsilçimiz Aytən Səmədli ilə fransız idmançı Nadeqe İbrahim döyüşür.

12:05

Aytən Səmədli 2-ci görüşündə də məğlub oldu. Fransalı idmançı 5-0 qalib gəldi.

12:11

Təmsilçimiz İrina Zaretska yunanıstanlı idmançı Vasiliki Panetsidounu məğlub etdi 1-0.

12:25

Qadınlar arasında kumite üzrə 68 kq çəkidə mübarizə aparan Azərbaycan təmsilçisi Aytən Səmədli ilə İsveçrə təmsilçisi Hana Antunoviç yarışıb. Tatami 1-də baş tutan döyüşdə təmsilçimiz 9:1 hesabı ilə məğlub olub.

***
Kişilər arasında kumite üzrə 84 kq çəkidə mübarizə aparan təmsilçimiz Ayxan Mamayevlə Yunanıstan təmsilçi M.G.Tzanos yarışa başladı.

12:34

Mamayev rəqibi Tzanosla döyüşdə bərabərliyə razı oldu.

12:38

Tatami 2-də kumite üzrə 84 kq çəkidə Azərbaycan təmsilçisi Şahin Atamovla Türkiyə təmsilçisi Enes Erkanın yarışı baş tutub. Yarış Türkiyə idmançısı Enes Erkanın 10:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

12:55

Tatami 2-də azərbaycanlı idmançı Ayxan Mamıyevlə ukraynalı idmançı Yaroslav Horunanın döyüşü baş tutub. İdmançımız zədələnsə də oyunu sona qədər davam etdirə bilib.

Kişilər arasında kumite üzrə 84 kq çəkidə 6:3 hesabı ilə ölkəmizi təmsil edən Ayxan Mamayev qalib olub.

13:19

Qadınların fərdi yarışında ilk iki hərəkətin nəticələrinə əsasən rusiyalı Aliyə Mustafina birincidir – 30,333 xal.

Təmsilçilərimizdən Marina Nekrasova 24,666, Yuliya İnşina 23,266, Kristina Pravdina 22,932 xal toplayıb. Hələlik iki hərəkətdə çıxış edən 25 idmançı arasında Marina 8-ci, Yuliya 8-ci, Kristina 18-ci pillədə qərarlaşıb.

Komanda hesabında isə 49,098 xala malik yığmamız hələlik 5-ci yerdədi.

Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Oleq Stepko, Eldar Səfərov və Petro Paknyuk hələlik mübarizəyə qoşulmayıblar.

COMMENTS