Bakı-Moskva reysi gecikir

Bakı-Moskva reysi gecikir

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir.

Bu barədə Musavat.com-a AZAL-dan bildirilib.

Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

COMMENTS