Bakı polisi koronavirusla bağlı reyd keçirdi – Fotolar

Bakı polisi koronavirusla bağlı reyd keçirdi – Fotolar

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakıda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Yenisabah.az Bakı şəhər Baş Polis İdarəsinə istinadla xəbər verir ki, yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.

Göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

DOSYE.ORG

Bakı polisi koronavirusla bağlı reyd keçirdi - Fotolar

Bakı polisi koronavirusla bağlı reyd keçirdi - Fotolar

COMMENTS