Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara MÜRACİƏT ETDİ

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara MÜRACİƏT ETDİ

Yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, aprel ayının 20-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçiriləcəkdir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən xəbər verilib. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.

COMMENTS