Bakı sakini Samuxda işə düzəldiyi gün ağır xəsarət aldı

Samuxda bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
 
APA xəbər verir ki, 50 yaşlı Bakı şəhər sakini Rasim Hacıyev ağır kəllə beyin travması ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, R.Hacıyev bu gün Samux rayonund yerləşən müəssisələrdən birində mühəndis kimi işə düzəlib və orada ağır bədən xəsarəti alıb.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

COMMENTS