Bakıda 19 yaşlı oğlan qətlə yetirildi

Bakıda 19 yaşlı oğlan qətlə yetirildi

Bakıda qətl törədilib. Musavat.com-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayonun Binəqədi qəsəbəsində yol kənarında üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Murad Hüseynov olması müəyyənləşib.

İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törədən Arif Əhmədov, qətlə yetirilən Murad Hüseynov və yaralanan Rövşən Ağayev hadisədən əvvəl birlikdə kafedə olublar. Onlar arasında mübahisənin kafedən başlandığı ehtimal edilir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

COMMENTS