Bakıda 45 yaşlı qadın evində öldürüldü

Bakıda 45 yaşlı qadın evində öldürüldü

Bakıda qətl törədilib.

Oxu.Az-ın DİN-in saytına istinadən məlumatına görə,  fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Həyata keçirilən tədbir nəticəsində P.Cəbrayılov könüllü polisə gələrək hadisəni törətməsini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.(A.M.)

dosye.az

COMMENTS