Bakıda 5 mərtəbəli bina yandı

Bakının Yasamal rayonunda 5 mərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal rayon İcra Hakimiyyətinin yaxınlığındakı 5 mrətəbəli binalardan birində qeydə alınıb.

Yanğın binanın tüstü bacasında qeydə alınıb.

Hadisə barədə məlumat daxil ola kimi hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində hadisənin qarşısı alınıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS