Bakıda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakıda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, aeroport yolunu keçən 1957-ci il təvəllüdlü Osmanov Rac Əbdulrəşidoviçi avtomobil vurub. Nəticədə R.Osmanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

dosye.az

COMMENTS