Bakıda 83 yaşlı qadını avtomobil vurdu

Bakıda 83 yaşlı qadını avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1937-ci il təvəllüdlü Doleres Bakurodova yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ pəncənin əziyi diaqnozu qoyulub.

DOSYE.ORG

COMMENTS