Bakıda 92 yaşlı qadın evində ölü vəziyyətdə tapıldı

Paytaxtda mənzildə 92 yaşlı qadının meyiti tapılıb.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, quruma Bakının Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:02-də başa çatıb.

Dosye.az

COMMENTS