Bakıda ağır qəzada yaralananların biri hamilə imiş

Bakıda ağır qəzada yaralananların biri hamilə imiş

Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

“DOSYE.ORG” xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir.

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdlü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir”.

COMMENTS