Bakıda cibgir dəstə tutuldu

Bakıda cibgir dəstə tutuldu

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
 
Nəsimi Rayon Polis İdarəsi (RPİ) İdarənin Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyat həmçinin, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 4 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Keçirilən tədbir zamanı Gəncə şəhər sakinləri –  əvvəllər dəfələrlə məhkum edilmiş Elbrus Manafov, Ramil Məmmədov, Ayaz Hüseynov və Telman Mirzəliyev tutulub. Dəstə üzvlərinin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pulunu cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib.

COMMENTS