Bakıda dəhşətli qəzalar: Ölənlər var

Bakıda dəhşətli qəzalar: Ölənlər var

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Tural Nərimanov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini Z.Zeynalovun idarə etdiyi “Hovo” markalı avtomobilə vurub.

T.Nərimanov hadisə yerində ölüb.

Bundan başqa, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Ələsgərovun idarə etdiyi “Opel” və İmişli rayon sakini Atamoğlan Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Nəticədə A.Məmmədov hadisə yerində ölüb.

Daha bir yol qəzası Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini A.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Heydərəli Həsənovu vurub.

Piyada hadisə yerində ölüb.

DOSYE.ORG

COMMENTS