Bakıda dələduz yaxalandı

Bakıda dələduzluq faktı aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

 

Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları aldadaraq, onlara küllü miqdarda pul mənimsəyən Beyləqan rayon sakini Fərhad Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, vətəndaşların etibarından sui-istifadə edərək, Ramal Babayevə 1000 manat, Araz Kazımova 900 manat, Bəhruz Nuriyevə 900 manat, Nazim Əzimzadəyə 2700 manat, Natiq Həsənova 4000 min manat məbləğlərində pullar alıb.

COMMENTS