Bakıda gənc oğlan parkda bıçaqlanıb

Bakıda gənc oğlan parkda bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

DOSYE.ORG APA-ya istinadən xəbər verir ki, hadisə “NZS” qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Quliyev Nərman Fərman oğlu parkda dava zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

COMMENTS