Bakıda hoteldə qadın BIÇAQLANDI

Bakıda hoteldə qadın BIÇAQLANDI

Bakıda hoteldə bıçaqlanma hadisəsi baş verib.

Manset.az xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən “Panoramic” hoteldə qeydə alınıb. Mehmanxanada 1992-ci il təvəllüdlü Sürəyyə Əliyeva (şərti) bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən daxilə nüfuz edən və qolundan bıçaq xəsarətləri alan qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalardan sonra qadının tanışı, 1990-cı il təvəllüdlü Ə.Salamov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib .

Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

COMMENTS