Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşdu, yaralılar var

Bakıda iki marşrut avtobusu ötüşərkən toqquşdu, yaralılar var

Bakıda növbəti avtobus qəzası baş verib

 

APA-nın verdiyi məlumata görə, hadisə metronun “Xətai” stansiyasının qarşısında, Xocalı prospektində qeydə alınıb.

30 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 384 və 10 TG 383 dövlət nömrə nişanlı sərnişin avtobusları ötüşərkən toqquşub.

Qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

COMMENTS