Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb

Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb

Bakıda naməlum sürücü avtomobillə piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun avqustun 28-nə paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə “Toyota Prius” markalı avtomobili idarə edən müəyyən edilməmiş sürücü 1992-ci il təvəllüdlü Məmmədli Nurəddin Ziyət oğlunu piyada keçidinin üzərində vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

COMMENTS