Bakıda növbəti avtobus qəzası – 2 ölü

Bu gün günorta saatlarında Bakıda – Qala yolunda mikroavtobus “Jiquli” markalı avtobusla toqquşub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır. (Trend)

Dosye.org

COMMENTS