Bakıda oğurluq edən qadınlar həbs edildi

Bakıda oğurluq edən qadınlar həbs edildi

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

DOSYE.ORG xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

COMMENTS