Bakıda poçt məntəqəsində yanğın baş verib

Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  yanğın paytaxtın Nərimanov rayonunda 11 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən “İLDIRIM  EKSPRESS” beynəlxalq və ölkədaxili sürətli poçt məntəqəsinin zirzəmisində (ümumi sahəsi 150 kv.m) baş verib. Nəticədə 1 ədəd stol, 2 ədəd stul və sənədlər 35 kv.m sahədə yanıb. Poçt məntəqəsi  və  mənzillər yanğından mühafizə olunub.  

COMMENTS