Bakıda polis jurnalistlərin binasını nəzarətə götürdü

Bakı şəhərində keçiriləcək İlk Avropa oyunları ilə əlaqədar “Jurnalist Evi”nin də mühafizəsi gücləndirilib.

ANS PRESS-in məlumatına görə, özəl mühafizə ilə yanaşı, bundan sonra binanı polis əməkdaşları da qoruyacaq. Artıq günün ikinci yarısından başlayaraq binanın mühafizəsinə polis nəzarət edir.

Qeyd edək ki, Jurnalistlərin binası Avropa Oyunlarının keçiriləcəyi bir neçə idman infrastrukturuna yaxın ərazidə yerləşir.

COMMENTS