Bakıda ŞOK hadisə – Yük maşınından meyit tapıldı

Bakıda ŞOK hadisə – Yük maşınından meyit tapıldı

Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilində meyit aşkarlanıb.

“Dosye.org” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS