Bakıda sürət dəyişikliyi baş verib – FOTO

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıdaiki avtomobil yolunda .sürət həddi aşağı salınıb. 
 
ANSPRESS-in Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumatına görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib. 
 
Eyni zamanda Zığ dairəsi – Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.
 
Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.

COMMENTS