Bakıda sürət qatarı kişini vurub öldürdü

Bakıda sürət qatarı kişini vurub öldürdü

Oktyabrın 11-i saat 18:45 radələrində paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə dəmir yolu stansiyasının ərazisində orta yaşlı kişi sürət qatarının yoluna çıxıb.

DOSYE.ORG xəbər verir ki, qatarın vurduğu vətəndaş Araz Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

COMMENTS