Bakıda uşaq bağçasından külli miqdarda oğurluq edildi

Bakıda uşaq bağçasından külli miqdarda oğurluq edildi

Sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24.420 manat dəyərində məişət əşyaları, pianino, kompüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlanıb.

Dosye.org  DİN mətbuat xidmətinə istinadla bildirir ki, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.

DOSYE.ORG

COMMENTS