Bakıda xeyriyyə qutusu oğurlandı

Bakıda xeyriyyə qutusu oğurlandı

Bakıda xeyriyyə qutusunu oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birinin girişindən içərisində 400 manat pul olan xeyriyyə qutusunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zakir Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

COMMENTS