Bakıda yük avtomobili aşdı, yolda sıxlıq yaranıb – FOTO

Bakıda yük avtomobili aşdı, yolda sıxlıq yaranıb – FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə prospektin Nəriman Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məhəmməd Həsənov idarə etdiyi “Ford” markalı yük maşını ilə yüksək sürətlə tuneldə hərəkətdə olarkən avtomobili aşırıb. Nəticədə prospektin Koroğlu metrosuna gedən istiqamətində sıxlıq yaranıb.

Sürücünün APA -ya verdiyi məlumata görə, o, yük avtomobili ilə meyvə daşıyırmış.

Dediyinə görə, maşının təkərləri nasaz olduğu üçün qəza baş verib.

DOSYE.ORG

COMMENTS