Bakıdan terror bəyanatı

XİN Misirin Baş Prokuroru Hişam Bərəkata qarşı təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.

XİN-dən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda deyilir: “Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir”.

Misirin baş prokuroru Hişam Barakat avtomobilinin partladılması nəticəsində ölüb. Baş prokurora sui-qəsd olunmasını hökümət rəsmiləri təsdiq edib. Baş prokurorun ölümü ilə nəticələnən hadisə Qahirənin Heliopolis bölgəsində yerləşən Hərbi Akademiyanın yanında baş verib. Partlayış zamanı prokurorun yayında olan bir neçə nəfər ağır yaralanıb.

Terror aktının təşkilini “Xalq Müqaviməti” adlı təşkilat öz üzərinə götürüb. BMT baş katibi Pan Gi Mun Misirdə Baş prokuror Hişam Berekatın ölümünə və çox sayda vətəndaşın yaralanmasına səbəb olan terror hücumunu qınayıb.

COMMENTS