Bakının 14 nömrəli məktəbində QALMAQAL

14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsinin 3-cü sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb.

Bu barədə Modern.az-a məktəbdən bildirilib.

Qeyd olunub ki, məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib.

Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb.

27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb.

Sadıqzadə  Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər.

3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər.

Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Dosye.org

COMMENTS